AZ

Havanın temperaturu bu tarixdə 8 dərəcə qalxacaq

Dünən Azərbaycanın bir sıra rayonlarına yağış və qar yağıb.

Bizim.Media xəbər verir ki, Bakı və Abşeron yarımadası, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağıb.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 m/s-yə çatıb.

Bu gündən etibarən isə yağıntılar tədricən kəsiləcək.

6 fevraldan başlayaraq havanın temperaturunun tədricən qalxacağı gözlənilir. 9 fevrala qədər temperaturun 6-8 dərəcə yüksələcəyi proqnozlaşdırılır. (bakupost.az)

Bizim.Media 

Seçilən
27
6
bizim.media

10Mənbələr