AZ

Azərbaycanda 2026-cı ildə istehsal olunacaq Avro-5 benzininin və dizel yanacağının həcmi məlum olub (ÖZƏL)

Bakı. Trend:

Heydər Əliyev adına Neft Emalı Zavodunda 2026-cı ildə Euro-5standartına uyğun 1.4 milyon ton avtomobil benzini, 2.3 milyon tondizel yanacağı istehsalı planlaşdırılıb

Bu barədə Trend-insorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR)bildiriblər.

SOCAR-dan verilən məlumata görə, 2025-ci ildə Euro-5 standartınauyğun 1.5 milyon ton avtomobil benzini, 2.5 milyon ton dizelyanacağı istehsal edilib.

“Neft emalı və neft-kimya sahəsinin etibarlı, təhlükəsiz,ekoloji cəhətdən təmiz və fasiləsiz fəaliyyətinin təmin edilməsiəsas məqsəd olaraq müəyyən edilib.

Bu çərçivədə ölkə daxilində mühərrik yanacaqlarına olantələbatın ödənilməsi, idxal neftinin emal imkanlarının artırılmasıvə neft-kimya xammalının stabilliyinin təmin edilməsi prioritetistiqamətlər kimi müəyyənləşdirilib. 2026-cı ildə də bu istiqamətdətədbirlərin həyata keçirilməsi planlaşdırılır”, - deyə şirkətdənbildiriblər.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodu benzin,aviasiya kerosini, dizel yanacağı, neft koksu, mazut və digər neftməhsulları istehsal edərək daxili bazarın tələbatının əsashissəsini ödəyir.

Seçilən
73
2
az.trend.az

3Mənbələr