AZ

Messi və Ronaldo eyni komandada?

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İnter Mayami”Kriştiano Ronaldonun transferini nəzərdən keçirə bilər.

Metbuat.az xəbər verir ki, klubun sahiblərindən olan Devid Bekhem Lionel Messi ilə Ronaldonun birgə oynamasında maraqlı ola bilər. Məlumata görə, “Əl-Nəsr”də Ronaldo ilə bağlı gərginlik, futbolçunun klubdan ayrıla biləcəyi ilə bağlı iddiaların ortaya atılmasına səbəb olub.

Qeyd edək ki, “Əl-Nəsr”də Kriştiano Ronaldo gərginliyə səbəb olub. "A Bola" qəzetinin məlumatına görə, Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun “Əl-Nəsr”ə münasibətindən narazıdır. Ronaldo hesab edir ki, fond nəzdində olan digər rəqib klublara daha yaxşı münasibət bəsləyir. Ronaldo fondun “Əl-Nəsr”ə az investisiya qoyduğunu irəli sürüb. Ronaldo ilə bağlı iddialardan sonra onun heyətdən çıxarıldığı bildirilir. Futbolçunun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ildə yekunlaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
metbuat.az

3Mənbələr