Məlum olduğu kimi, Azərbaycanda ildə azı bir dəfə minimum əməkhaqqının məbləğinə yenidən baxılacaq.
Bu dəyişikliklərin inflyasiya səviyyəsi və əmək məhsuldarlığı ilə uzlaşdırılması necə təmin ediləcək? Minimum əməkhaqqının hər il artırılması uzunmüddətli dövrdə dövlət büdcəsi və özəl sektor üçün hansı risklər və imkanlar yarada bilər?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı Natiq Cəfərli danışıb. O deyib ki, hər il minimum əməkhaqqının artması makroiqtisadi baxımdan Azərbaycan üçün sərfəlidir:
“Amma bunun praktiki əhəmiyyəti məhduddur. Məsələn, indi minimum əməkhaqqı 400 manatdır, lakin kim bu məbləğə işləyir ki? Burada ciddi bir problem var. Əgər minimum əməkhaqqı hər il artacaqsa, VÖEN-lə çalışan 700-800 min nəfərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəyəcəyi vəsait də artacaq. Yəni minimum əməkhaqqı artanda avtomatik olaraq sosial müdafiə yükü də artır. Bu bağlantı qanunvericilikdən çıxarılmalıdır. Belə olan halda, minimum əməkhaqqının hər il artırılması əslində pozitiv bir addımdır”.
İqtisadçı Əkrəm Həsənov minimal əməkhaqqına vaxtaşırı baxıldığını bildirib: