AZ

“Onlar Asiyanın “Real Madrid”i kimidirlər” Benzema “Əl Hilal” barədə

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Hücumçu Kərim Benzema “Əl-İttihad”dan “Əl-Hilal”a qoşulduqdan sonra yeni klubu barədə danışıb.

İdman.Biz-in məlumatına görə, Benzema yeni klubunu “Real Madrid”lə müqayisə edib.

“Onlar zəngin tarixə malik yaxşı bir komandadırlar, bir çox kubok qazanıblar. Onlar Asiyanın “Real Madrid”i kimidirlər. Hər şey yaxşıdır, azarkeşlər əladır, komanda yaxşı oynayır, düzgün əhval-ruhiyyəli keyfiyyətli oyunçuları var.

Bu komanda əvvəllər də mənim xoşuma gəlirdi. “Real Madrid”də oynayanda onlarla qarşılaşmışdım və o, asan matç olmamışdı. Yaxşı oyun idi və onunla bağlı xoş xatirələrim var. Bu gün xoşbəxtəm ki, “Əl-Hilal”da oynayıram” - Benzema yeni klubunun rəsmi saytında bildirib.

Benzema 2023-cü ilin yayından bəri Səudiyyə Ərəbistanı liqasında oynayır, “Real Madrid”dən transfer olunub. Fransız futbolçu İspaniya klubu ilə Çempionlar Liqasını beş dəfə qazanıb və həmçinin “Qızıl top” mükafatına layiq görülüb. Bu mövsüm o, klub üçün bütün yarışlarda 21 oyunda 16 qol vurub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
icma.az

2Mənbələr