AZ

“İnter” azarkeşlərinin fişəng hücumu səbəbindən 50 min avro cərimələndi

Bakı. Trend:

“İnter A Seriyasının 23-cü turunda “Kremoneze” ilə oyunda başverən insidentə görə 50.000 avro cərimə olunub.

Trend xəbər verirki, oyun milanlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda “İnter” azarkeşləri “Kremoneze”nin qapıçısı Emil Auderoyafişəng atıblar. Nəticədə 29 yaşlı italiyalı futbolçu ayağındanxəsarət alıb və sağ qulağında eşitmə problemi yaranıb.

İdman Məhkəməsi “İnter”i yalnız tüstü bombası və fişəng kimipirotexniki vasitələrdən istifadə etməsinə görə deyil, həm dəAuderonun şoka düşməsinə və oyunun dayandırılmasına səbəb olan bucür əşyalarla rəqib oyunçuya zərbə endirdiyinə görə cərimələyib.Məhkəmə qərarını verərkən hadisənin törədilməsinə məsul olanşəxslərin müəyyən edilməsində, həmçinin oyun zamanı və oyundansonra futbolçuları meydandakı hadisələrdən qorumaq üçün görüləntədbirləri nəzərə alıb.

Əvvəlki məlumatlara görə, fişəng hadisəsindən sonra “İnter”azarkeşlərinə komandalarının A Seriyasındakı növbəti üç səfəroyununa qatılması qadağan ediləcək.

Seçilən
36
az.trend.az

1Mənbələr