İtaliyanın Milan şəhərində keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasiminin təşkilatçıları şou üçün bilet satışında problemlərlə üzləşiblər.
İdman.Biz-in “La Repubblica”ya istinadən verdiyi məlumata görə, açılış mərasimi üçün iki bilet birinin qiymətinə satılır.
Sektordan asılı olaraq, oturacaq başına qiymət 260 avrodan 2026 avroya qədər dəyişir. Bu səbəbdən də stadionda 10.000 oturacaq boş qala bilər.
2026-cı il Olimpiadasının açılış mərasimi 6 fevral cümə günü, saat 23:00-da başlayacaq. Əvvəllər neytral mövqe tutan Rusiya idmançılarının idmançıların paradında iştirak etməyəcəyi, lakin mərasimi tamaşaçı kimi izləyə biləcəyi açıqlanmışdı.