AZ

İsrail Qəzzada İslamı Cihad ın 2 komandirini məhv etdi

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza sektorunda "İslami Cihad" qruplaşmasının şimal briqadasının iki komandirini zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti açıqlama yayıb. "Çərşənbə gecəsi atəşkəs razılaşmasının pozulmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri zərbə endirib və "İslami Cihad" terrorçu təşkilatının şimal briqadasının komandiri vəzifəsini icra edən Əli Razianunu zərərsizləşdirib", – deyə bəyanatda qeyd olunub.

İMQ-nin məlumatına görə, zərərsizləşdirilən şəxs terrorçuların köçürülməsinə, şimal briqadasının müdafiə planının təmin edilməsinə cavabdeh olub, həmçinin qruplaşmanın hərbi şurasında iştirak edərək HƏMAS-la birlikdə İsrail ordusuna qarşı hücumların hazırlanmasını koordinasiya edib.

Bundan əlavə, Qəzzadakı "Şati" qaçqın düşərgəsinə endirilən zərbə nəticəsində HƏMAS hüceyrəsinin lideri və "İslami Cihad"ın şimal bölməsinin komandiri Məhəmməd Assam Həsən əl-Habil də zərərsizləşdirilib. İsrail ordusunun məlumatına görə, o, əsir götürülmüş hərbçi Noa Marçianonun öldürülməsinə görə məsuliyyət daşıyır.

Mətləb Salahov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
9
sia.az

10Mənbələr