AZ

“Geely” və “Ford” potensial tərəfdaşlıq imkanlarını müzakirə edir

Bakı. Trend:

Çinin avtomobil istehsalçısı “Geely” Amerikanın “Ford” şirkətiilə potensial tərəfdaşlıq barədə danışıqlar aparır.

Trend xəbər verirki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, mümkün əməkdaşlıq çərçivəsində “Ford”unAvropadakı zavodlarından istifadə etməklə “Geely” markalıavtomobillərin istehsalı nəzərdə tutula bilər.

Məlumata görə, danışıqlar artıq bir neçə aydır davam edir. Bumüddət ərzində həm Çində, həm də ABŞ-də hər iki şirkətin yüksəksəviyyəli rəhbərliyinin iştirakı ilə görüşlər keçirilib. Tərəfləristehsalın lokallaşdırılması ilə yanaşı, xüsusiləavtomatlaşdırılmış sürücülük texnologiyaları sahəsində əməkdaşlıqimkanlarını da müzakirə edirlər.

Qeyd olunur ki, İspaniyanın Valensiya şəhərində yerləşən “Ford”zavodu “Geely” avtomobillərinin Avropada istehsalı üçün potensialməkan kimi nəzərdən keçirilir. “Ford”un Avropa müəssisələrindəistehsalın təşkili “Geely”yə Çin istehsalı elektrikavtomobillərinin idxalına tətbiq olunan Avropa İttifaqıtariflərindən yayınmaq imkanı verə bilər.

Seçilən
60
az.trend.az

1Mənbələr