Bakıda Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən motosiklet sürücüsü ilə bağlı yeni detallar məlum olub.
Parol.az-ın əldə etdiyi məlumata görə, qəzada faciəli şəkildə ölən 19 yaşlı Ramal Səfərli futbolçu imiş. O, Region Liqasında mübarizə aparan "Ramanı" klubunda çıxış edirmiş.
Xatırladaq ki, yanvarın 21-i axşam saatlarında 1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadə idarə etdiyi "Renault Megane" markalı avtomobil ilə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətində hərəkətdə olan, 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi "Ihonzda FX32" markalı motosiklet toqquşub. Hadisə nəticəsində R.Səfərli hadisə yerində ölüb.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!