AZ

"Reuters": Makronun müşaviri Moskvaya səfər edib

Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri fevralın 3-də Moskvaya səfər edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi görüşdən xəbərdar olan bir mənbəyə və iki diplomatik mənbəyə istinadən yazıb.

"Makronun diplomatik müşaviri Emmanuel Bon çərşənbə axşamı rusiyalı rəsmilərlə görüşmək üçün Moskvada olub", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, Bon Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla danışıqlar aparıb.

Səfərin məqsədi dialoq qurmaqdır. Mənbə təfərrüatları açıqlamayıb. Agentlik dəqiqləşdirib ki, Yelisey sarayı bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Seçilən
49
1
far.az

2Mənbələr