AZ

Sankt-Peterburqda müharibəyə yardım məntəqəsinə “Molotov kokteyli” ATILDI – VİDEO

Sankt-Peterburqda “SVO” yardım məntəqəsinə “Molotov kokteyli” ilə hücum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sankt-Peterburqun Kantemirovskaya küçəsində yerləşən və “xüsusi hərbi əməliyyat” (SVO) iştirakçıları üçün humanitar yardım toplanan könüllü məntəqəsinə hücum edilib.

Bir gənc qız binanın zirzəmisinə “Molotov kokteyli” ataraq yanğın törədib.

Hadisəni törədən şəxs yandırıcı maye dolu butulkanı atdıqdan sonra ərazidə üzərində bomba olduğunu və hər yeri partladacağını iddia edərək qışqırmağa başlayıb.

Hadisə yerinə dərhal fövqəladə xidmət əməkdaşları cəlb olunub. Baş verən yanğın söndürülüb, hücum edən qız isə polis tərəfindən saxlanılıb.

İlkin ehtimala görə, gənc qız dələduzların təsiri və ya təzyiqi altında hərəkət edib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
interpress.az

1Mənbələr