Kiyev, 5 fevral, AZƏRTAC
Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə indiyədək 55 min ukraynalı hərbçi həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Le Monde”yə müsahibəsində bildirib.
"Ukraynada döyüş meydanında həlak olan hərbçilərin - həm peşəkar hərbçilərin, həm də səfərbər olunmuşların - rəsmi sayı 55 mindir” deyə Ukrayna dövlət başçısı əlavə edib.
Prezident, həmçinin qeyd edib ki, Ukraynanın itkin düşmüş hesab etdiyi çox sayda insan da var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev