AZ

Tramp yenidən Xameneini hədələdi

ain.az, Modern.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trump İranın Ali Dini Lideri Əli Xameneini “hədələyib. Tramp İranın nüvə proqramını yenidən bərpa etməyə cəhd göstərəcəyi təqdirdə Tehranın ciddi problemlərlə üzləşəcəyini bildirib.

Modern.az xəbər verir ki, o, bu açıqlamanı İranın nüvə dosyesi ətrafında yaranmış vəziyyəti şərh edərkən verib.

Trampın sözlərinə görə, əvvəllər İranın nüvə infrastrukturu tamamilə məhv edilib və onun yenidən qurulmasına yönələn istənilən cəhd sərt şəkildə qarşısı alınacaq.

ABŞ prezidenti deyib ki, Tehran ölkənin başqa bir bölgəsində yeni nüvə layihəsinə başlamağı nəzərdən keçirib, lakin Vaşinqton bu planlardan xəbər tutaraq İran tərəfini ağır nəticələr barədə əvvəlcədən xəbərdar edib. “Əgər yenidən cəhd etsələr, onlarla çox pis şeylər edəcəyik”, – Tramp bildirib.

O, eyni zamanda İranda baş verən etirazlara da toxunaraq, Vaşinqtonun etiraz hərəkatını dəstəklədiyini deyib və ölkədəki mövcud qeyri-sabitliyi bununla əlaqələndirib.

Trampın açıqlamaları fonunda yüksək vəzifəli iranlı mənbə Tehranın ABŞ təzyiqlərinə boyun əymək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Vaşinqton artıq danışıqların Omanda keçirilməsinə razılıq verib, görüşün yeri ətrafında aparılan müzakirələr isə ABŞ tərəfindən əvvəlcədən razılaşdırılmış gündəlikdən yayınmaq cəhdi kimi qiymətləndirilir.

Livanın “Al-Mayadin” telekanalına danışan İran mənbələri vurğulayıblar ki, Tehran nüvə məsələsindən kənara çıxan heç bir tələbin irəli sürülməsinə imkan verməyəcək. Bununla belə, İranın ABŞ ilə danışıqlara hazır olduğu da qeyd olunur..

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
modern.az

1Mənbələr