AZ

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna münaqişəsinin 2027-ci ilin əvvəlindən gec olmayaraq başa çatacağına ümid etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “France 2” telekanalına verdiyi müsahibədə

“Ümid edirəm ki, bir ildən az müddətdə sülh əldə ediləcək”, – deyə Zelenski vurğulayıb.

Onun bu açıqlaması Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında aparılan danışıqlar fonunda səslənib. Fevralın 4-də tərəflər arasında görüş Əbu-Dabidə keçirilib və danışıqların fevralın 5-də davam edəcəyi bildirilir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov danışıqları “məhsuldar və mənalı” adlandırıb. Hazırda münaqişənin həlli istiqamətində diplomatik proseslər davam edir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
globalinfo.az

1Mənbələr