Fransa Prezidenti Emmanuel Makron “Vallerua-lez-Bua” məktəbində şagirdlərlə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Closer” jurnalı məlumat yayıb.
O etiraf edib ki, sıx qrafik səbəbindən şəxsi həyatını normal qura bilmir.
“Bu vəzifə çox vaxtımı alır. Balanslı həyatım yoxdur, ailəmə və yaxınlarıma kifayət qədər vaxt ayıra bilmirəm”, – deyə Makron bildirib. Onu da əlavə edib ki, bəzi məqamlarla razı deyil və vətəndaşların bir çoxu onun qərarlarından narazıdır.
Prezident, həmçinin Avropa İttifaqındakı böhranlardan əziyyət çəkən fermerlərlə də görüşüb./Oxu.az