AZ

Rusiyadan Qərbin Ukraynaya hərbçi göndərmək planına reaksiya

ain.az bildirir, Metbuat portalına istinadən.

Qərb ölkələrinin Ukraynaya hərbi qüvvə göndərmək planları qəbuledilməzdir.

Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, Rusiya bu bölmələri qanuni hərbi hədəflər hesab edəcək. Zaxarovanın sözlərinə görə, Qərb qoşunlarının Ukraynaya göndərilməsi Rusiyanın təhlükəsizliyinə təhdiddir.

Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte "Könüllülər Koalisiyası"nın Ukraynaya qoşun göndərmək planları ilə bağlı açıqlamalar vermişdi. Bəzi Qərb ölkələrinin Ukraynaya ordu göndərmək istədiyi barədə xəbərlər dərc edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
metbuat.az

2Mənbələr