AZ

Nqolo Kantenin ​"Fənərbaxça"ya transferinin detalları açıqlandı

"Fənərbaxça" Nqolo Kantenin transferinin detallarını açıqlayıb. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçu ilə 2,5 illik müqavilə imzalayıb. Klubun İctimaiyyətə Açıqlama Platformasına göndərdiyi məlumatda deyilir ki, Nqolo Kante 14 milyon 400 min avroluq imza bonusu alacaq. Həmçinin qeyd edilib ki, klub bu mövsümün qalan hissəsi üçün Kanteyə 5 milyon 500 min avro, 2026-2027 və 2027-2028 mövsümləri üçün isə ildə 11 milyon avro ödəyəcək.

Qeyd edək ki, Nqolo Kante Səudiyyə Ərəbistanının "Əl İttihad" komandasında çıxış edirdi.

Seçilən
27
23
metbuat.az

10Mənbələr