AZ

Səudiyyə Ərəbistanında dəvələrə pasport veriləcək

Səudiyyə Ərəbistanında dəvələrə pasport veriləcək

Səudiyyə Ərəbistanı sektorun inkişafı çərçivəsində yerli və beynəlxalq bazarlarda etibarlılığı artırmaq məqsədilə "dəvə pasportu" layihəsini həyata keçirdiyini elan edib.

Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, layihənin təqdimatı nazir müavini Mənsur bin Hilal əl-Müşeyti tərəfindən reallaşdırılıb. Nazirlik bildirib ki, bu layihə ilə dəvəçilik sektorunun tənzimlənməsi, sənədləşdirilməsi və xidmət səmərəliliyinin artırılması təmin ediləcək.

Açıqlamada layihənin dəvələrin məlumatlarının, mülkiyyət hüququnun və şəcərəsinin sənədləşdirilməsini hədəflədiyi, sağlamlıq və rəsmi qaydalarla bağlı məlumatların vahid mənbədə toplanmasının nəzərdə tutulduğu qeyd olunub. Dəvələr üçün veriləcək sənədin təsdiq edilmiş rəsmi istinad xarakteri daşıdığı və xidmət keyfiyyətinə töhfə verəcəyi bildirilir.

Pasportda dəvənin çip nömrəsi, pasport nömrəsi, adı, doğum tarixi, nəsli (şəcərəsi), cinsi, rəngi, doğum yeri kimi məlumatlarla yanaşı, heyvanın sağ və sol profildən çəkilmiş fotoşəkilləri də yer alacaq. Səudiyyə Ərəbistanında 2025-ci ilin iyun ayı məlumatlarına görə, 2 milyon 235 min 297 dəvə qeydiyyatdadır.

Seçilən
40
afn.az

1Mənbələr