Qırğızıstan Prezidenti Sadır Japarov"Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində Azərbaycan və Ermənistan arasındakı əməkdaşlıq və sülh prosesi barədə danışıb.
SİTAT: "Bildiyiniz kimi, Qırğız Respublikası qonşu dövlətlərlə sərhəd məsələlərini tədricən həll etdi. 2025-ci ildə Qırğızıstan, Tacikistan və Özbəkistan arasında olan sərhədin üç ölkəni birləşdirən hissəsinə dair razılaşma imzalandı. Uzun illər ərzində biz sərhəd məsələləri ilə bağlı çağırışları ardıcıl şəkildə həll etməyə çalışmışıq. Nəticədə bütün məsələlərin yalnız dostluq, mehriban qonşuluq, qarşılıqlı dəstək və qarşılıqlı etimad ruhunda həll edilməsi mümkün oldu. İnanıram ki, Azərbaycan və Ermənistan eyni şəkildə sülh münasibətlərinə nail olacaqlar və iki xalq arasında harmoniya, dostluq və firavanlıq naminə uzunmüddətli əməkdaşlığın möhkəm təməlini qoyacaqlar."
Mətləb