AZ

ABŞ-İran danışıqları bu səbəbdən baş tutmaya bilər

Cümə günü planlaşdırılan ABŞ-İran danışıqları Vaşinqtonun görüşü Türkiyədən Omana keçirmək istəməməsi səbəbindən baş tutmaya bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. 

Məlumata görə, ABŞ tərəfi Tehranın məkanı dəyişdirmək tələbini nəzərdən keçirib və onu rədd etmək qərarına gəlib.

"Biz onlara ya bu danışıqlar Türkiyədə keçiriləcək, ya da keçirilməyəcək dedik. Onlar isə bizə "Yaxşı, onda keçirilməsin" söylədilər", - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, əgər İran nümayəndələri orijinal formata qayıtmağa hazırdırlarsa, ABŞ bu həftə və ya gələn həftə görüşməyə razıdır. Daha bir rəsmi əlavə edib ki, Vaşinqton tez bir zamanda real razılığa gəlmək istəyir, əks halda "başqa variantlar" nəzərdən keçirilə bilər.

Seçilən
7
50
unikal.az

10Mənbələr