AZ

Ərdoğan: Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatıb

Qahirə, 4 fevral, AZƏRTAC

Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birlikdə iştirak etdiyi Misir-Türkiyə Biznes Forumunda deyib.

Ərdoğan əlavə edib ki, Misirlə azad ticarət sazişinin yenilənməsi üzərində iş davam edir. Yeni sənəd kənd təsərrüfatı məhsullarını da əhatə edəcək.

 
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
51
3
azertag.az

4Mənbələr