AZ

Mehriban Xanlarova “AzDrama”ya geri qayıdır? – Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii rəhbər vəzifəsini itirən Mehriban Ələkbərzadə AzTV-də bədii rəhbər vəzifəsinə təyin olunub.

Bəs Ələkbərzadənin teatrdan gedişindən sonra Əməkdar artist Mehriban Xanlarova teatra geri qayıdacaqmı? Aktrisa məhz Mehriban Ələkbərzadə ilə yaşadığı problemlər səbəbindən ötən ilin noyabrında etiraz olaraq teatrdan ayrılmışdı.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Mehriban Xanlarova danışıb:

“Mənim ora qayıtmağım müəmmalıdır. Hələ ki, bu haqda heç nə danışmaq istəmirəm”.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb. Bundan sonra Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri M. Ələkbərzadə də vəzifəsini itirmişdi. /Musavat.com/

Seçilən
42
nocomment.az

1Mənbələr