AZ

Vaşinqton-Tehran danışıqlarında Pakistan amili

Pakistan Vaşinqton və Tehran arasında danışıqlarda iştirak edəcək.

Bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi PTV-yə bildirib. O, İslamabadın ikitərəfli gərginliyin azaldılmasına yönəlmiş Vaşinqton-Tehran məsləhətləşmələrinə dəvət olunduğunu izah edib. Sözçü bildirib ki, Pakistanın mövqeyi “danışıqlar zamanı nəzərə alınacaq”.

“Dawn” qəzeti diplomatik mənbələrə istinadən xəbər verir ki, Pakistan ABŞ və İran arasında danışıqları gizli şəkildə asanlaşdırır və Pakistanın iştirakı “gərginliyin azaldılmasında həlledici amil hesab olunur”. Mənbə Pakistanın xarici işlər naziri İshaq Darın görüşdə iştirak edə biləcəyini qeyd edib. İran Xarici İşlər Nazirliyi əvvəllər Amerika tərəfi ilə görüşün yaxın günlərdə baş tutacağını açıqlamışdı. “Axios”un məlumatına görə, danışıqlar 6 fevralda Omanın paytaxtında baş tuta bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
1
editor.az

2Mənbələr