AZ

Yüksək Liqa: Neftçi və Xilasedici dən qələbə

ain.az bildirir, Fanat portalına istinadən.

Kişi voleybolçuların Yüksək Liqasında XII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Neftçi" "Murov Az Terminal"ı 3:0 (25:21, 25:22, 25:21), ardınca isə "Xilasedici" "Ordu" kollektivini 3:0 hesabı ilə məğlub edib.

Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Qeyd edək ki, turun açılış matçında "Azərreyl" "Gənclər" komandasına 3:0 (25:15, 25:16, 25:13 hesabı ilə qalib gəlib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
4
fanat.az

5Mənbələr