Digər ölkələrin, xüsusilə də qonşu İranın daxili işlərinə xarici müdaxilə bütün region üçün ciddi təhlükələr yarada bilər.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə Misir Prezidenti ilə birgə mətbuat açıqlaması zamanı səsləndirib.
Onun sözlərinə görə, İranla bağlı məsələlərin, o cümlədən nüvə sazişi ətrafındakı problemlərin həllində ən məqsədəuyğun yol diplomatik üsullardır.
Türkiyə lideri vurğulayıb ki, regionda sabitliyin qorunması üçün gərginliyi artıran addımlardan çəkinmək və dialoqa üstünlük vermək vacibdir.