AZ

ABŞ-İran müharibəsi QAÇILMAZDIR – Yaxın saatlarda ZƏRBƏLƏR endirilə bilər

Xəbər verdiyimiz kimi, ötən gün  ABŞ Silahlı Qüvvələri Ərəb dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcıya yaxınlaşan İran istehsalı pilotsuz uçuş aparatını (PUA) məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyinə açıqlama verən amerikalı rəsmi bildirib.

Məlumata görə, insident ABŞ aviadaşıyıcı qrupunun Ərəb dənizində beynəlxalq sular ərazisində fəaliyyət göstərdiyi vaxt baş verib. İran PUA-sı aviadaşıyıcıya təhlükəli məsafədə yaxınlaşdığı üçün ABŞ qüvvələri onu potensial təhdid kimi qiymətləndirərək zərərsizləşdirib.

Amerikalı rəsminin sözlərinə görə, hadisə zamanı ABŞ hərbi personalına və ya texnikasına zərər dəyməyib. O vurğulayıb ki, ABŞ qüvvələri regionda öz təhlükəsizliyini və dəniz naviqasiyasının azadlığını təmin etmək üçün bütün zəruri tədbirləri görür.

Hadisə Yaxın Şərqdə və Fars körfəzi hövzəsində gərginliyin artdığı bir dövrdə baş verib. Son aylarda ABŞ və İran arasında qarşılıqlı ittihamlar, hərbi fəallıq və dənizdə insidentlərin sayı artmaqdadır. Analitiklər bildirirlər ki, bu cür hadisələr regionda vəziyyətin daha da gərginləşməsi riskini artırır.

ABŞ Müdafiə Nazirliyi məsələ ilə bağlı əlavə təfərrüatların açıqlana biləcəyini istisna etməyib. İran tərəfi isə hələlik insidentlə bağlı rəsmi mövqe açıqlamayıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Çingiz Əliyev qeyd edib ki, bu gün İran zəif tərəfdir. Ölkə 2025-ci ilin iyunundakı 12 günlük müharibə zamanı İsrail HHQ-dən dəhşətli zərbələr alıb: “İsrail İranın hava məkanında tam üstünlük əldə edib, İran isə bu müddətdə bircə dənə də olsun İsrail qırıcısını vura bilməyib. İslam Respublikası cavab raket zərbələri zamanı İsrailə heç bir təsdiqlənmiş hərbi itki yetirə bilmədiyi halda, İsrail tərəfi 20-30 yüksəkrütbəli İran hərbçisini məhv edib və müttəfiqi ABŞ-nin köməyi ilə İranın bir neçə nüvə və müdafiə obyektini dağıdıb.

Şərhçinin sözlərinə görə, Trampın zərbə endirmək üçün başqa bir səbəbi də var – o, çoxdan Tehranın uranı zənginləşdirməkdən imtina etməsini tələb edir: “Lakin İranın ali rəhbəri Əli Xamenei bu tələblə razılaşmır. Nəhayət, bəlkə də ən vacibi: Venesuela Prezidenti Nikolas Maduronun qaçırılması üzrə uğurlu əməliyyatdan sonra Tramp özünü daha əmin hiss edir və döyüşə atılmağa hazırdır.  Buna görə, ABŞ-a məxsus aviadaşıyıcının yaxınlığında İran pilotsuz uçuş aparatını vurmasını müharibənin ilk qığılcımı saymaq olar”.

Seçilən
23
nocomment.az

1Mənbələr