"Zirə" Bizon ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sumqayıt"la heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- İdeal komandaya qarşı oynayırdıq. Oyunu yaxşı səviyyədə keçirdik. Daha çox dominant tərəf biz idik. Yaxşı hücumlarımız, qol epizodlarımız var idi. Təəssüfki, fərqlənə bilmədik. Bəlkə bu gün 1-2 qol vursaq, cavab matçına daha rahat hazırlaşardıq. Xeyirlisi... Üç gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat matçı var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O görüş daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idi. Amma hamımız başa düşürük ki, üç gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından önəmlidi. Düşünürük ki, o görüş rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni üç gündən sonra burda qazanaq.
- "Zirə" noyabrdan bəri qələbə qazana bilmir. Bu məqam sizin üçün təzyiq yaradır?
- Xeyr. Bu haqda düşünmürük. Bizim üçün vacib olan oyundan sonra səhvləri analiz edib, o yöndə hansı addımlar lazımdısa, onu ataq və növbəti matçlarda daha yaxşı olaq. Bu gün qol epizodlarımız oldu, qalib gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta