AZ

400 kq-lıq ağırlıq bodibilderi ŞİKƏST ETDİ: Dəhşətli ZƏDƏ ANI – VİDEO

Braziliyalı məşhur bodibilder 400 kq çəki ilə məşq edərkən ağır zədə alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Braziliyanın tanınmış bodibilderi Ranieri Filyo yarışlara hazırlaşarkən dəhşətli zədə alıb.

İdmançı ayaqla sıxma (leg press) hərəkətini təxminən 400 kiloqram ağırlığında çəki ilə yerinə yetirərkən budun dördbaşlı əzələsinin vətərini qırıb.

Ağrının şiddətindən idmançının qışqırığı bütün idman zalını bürüyüb.

Hazırda əməliyyat olunan bodibilderi uzun və çətin bərpa prosesi gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr