"Fənərbaxça"da ayrılıq yaşanıb.
Yusuf En-Nesiri "Əl-İttihad"a transfer olunub.
Bu barədə klubun mətbuat xidməti paylaşım edib.
Tərəflər müqavilənin şərtləri barədə tam razılığa gəliblər. Türkiyə təmsilçisi hücumçuya fəaliyyətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, En-Nesiri "Fənərbaxça"ya 2024-cü ilin yayında qoşulmuşdu.