Bakı. Trend:
Azərbaycanda bir sıra səhmdar cəmiyyətlərinin səhmləri satışaçıxarılır.
Trend xəbərverir ki, hərrac martın 10-da saat 10:00-da baş tutacaq.
Təkrar pul hərracında satışa çıxarılacaq bir səhmin nominalqiyməti 2 manatdır.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesabedilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi vəfiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak XidmətləriMəkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürkküçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron XidmətlərPortalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günüqalanadək qəbul olunacaq.
Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusundaolan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələrbarədə zəruri məlumatlarla xidmətin privatization.az portalında vəemissiya prospektləri (özəlləşdirmə planları) ilə HərraclarınTəşkili Mərkəzində tanış ola bilərlər.
2026-cı il martın 10-da keçiriləcək təkrar pul hərracındasəhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumatıtəqdim edirik:
| Sıra sayı | Səhmdar cəmiyyətinin adı və təsis tarixi | Səhmdar cəmiyyətinin hüquqi ünvanı | Nizamnamə kapitalının həcmi (manat) | Buraxılmış səhmlərin ümumi sayı (ədəd) | Bir səhmin nominal qiyməti (manat) | Satışa çıxarılmış səhmlər | Satışa çıxarılan səhmlərin nominal dəyəri(manat) | Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış)qiyməti (manat) | İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği (manat) | |
| sayı (ədəd) | buraxılmış səhmlərin ümumi sayında %-lə | |||||||||
| 1 | Salyan broyler №376 26.12.2000 | Salyan rayonu, Xələc kəndi | 1120118,00 | 560059 | 2,00 | 168225 | 30,04 | 336450,00 | 168225,00 | 16822,50 |
| 2 | Yevlax Yük Avtonəqliyyat №649 20.04.1998 | Yevlax şəhəri, Pişəvəri küçəsi, 8 | 316887,20 | 158443 | 2,00 | 47543 | 30,01 | 95086,00 | 47543,00 | 4754,30 |
| 3 | Yevlax Kəndnəqliyyat № 833 13.10.1997 | Yevlax şəhəri, Nizami küçəsi, 37 | 225900,60 | 112950 | 2,00 | 33906 | 30,02 | 67812,00 | 33906,00 | 3390,60 |
| 4 | Şıxlar Broyler №544 06.04.1998 | Masallı rayonu, Şıxlar kəndi | 279609,60 | 139804 | 2,00 | 42090 | 30,11 | 84180,00 | 42090,00 | 4209,00 |
| 5 | Ucar İnşaat Xidmət №361 28.11.2007 | Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 13 | 25676,00 | 12838 | 2,00 | 5784 | 45,05 | 11568,00 | 5784,00 | 578,40 |