AZ

Simonyan-Sergey Lavrov görüşünün gündəliyində hansı məsələlər var? - Zaxarova bəzi detalları açıqlayıb

Ermənistan parlamentinin sədri Alen Simonyan sabah Moskvaya rəsmi səfər edəcək və burada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

“Tərəflər ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə edəcəklər. Xüsusilə Moskva ilə İrəvan arasında ortaq Avrasiya strukturlarında qarşılıqlı əlaqəyə və bu sahədə dialoqa diqqət yetiriləcək”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Rusiyaya yola düşəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
5
1
missiya.az

2Mənbələr