Qusarda mikroavtobus aşıb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Qusar şəhərinin giriş hissəsində yolun buzlu olması səbəbindən mikroavtobus aşıb.
Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin Qusardan Quba istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca