AZ

Göyçayda gizli DİNİ TOPLANTI: saxlanılanlar var

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Göyçayda qanunsuz dini yığıncaq keçirənlər saxlanılıb.

Lent.az-ın məlumatına görə, yığıncaq rayonun Çərəkə kəndində, sakinlərdən birinin evində qeydə alınıb.

Məlumata görə, bir neçə nəfər kənd sakininin evində gizli toplantılar keçirərək qanunsuz dini təbliğatla məşğul olurmuş. Bunun üçün onlar müvafiq icra orqanından heç bir icazə almayıblar. Daxil olan məlumat əsasında polis əməkdaşları dini təbliğatın keçirildiyi həmin ünvana gəliblər.

Araşdırma zamanı bir sıra vasitələr maddi sübut kimi götürülüb.

Faktla bağlı 3 nəfər saxlanılıb və onların barəsində müvafiq maddə ilə protokollar tərtib olunub.

Məhkəmə qərarı ilə onların hər biri 1500 manat miqdarında cərimələniblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
lent.az

1Mənbələr