AZ

Rusiya şagird məktəbin sinif otağını yandırıb

Rusiyanın Krasnoyarsk şəhərində şagirdlərdən biri məktəbdə yanğın törədib.

Far.Az xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Yanğından sonra məktəbdən ilk kadrlar internetdə yayılıb. Fotolarda məktəbin sinif otaqlarından biri əks olunub. Yanğın nəticəsində partalar və müəllim masası zərər görüb, döşəmədə isə his izləri müşahidə olunur.

Bildirilir ki, şagird həmçinin məktəbin tualetində yanğın törədib - unitazı və zibil qutusunu yandırıb.

Seçilən
9
far.az

1Mənbələr