AZ

“Veysəlin evə nə vaxt buraxılacağı hələ bilinmir” baş həkim danışdı, cinayətkar tapıldı

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, "Kəpəz"in futbolçusu Veysəl Rzayev dünən səhər saatlarında bıçaqlanıb. Onun son durumu öyrənmək məqsədi ilə hazırda müalicə olunduğu Gəncə şəhərindəki 3 saylı xəstəxananın baş həkimi Turanə Rüstəmova ilə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:"Veysəl Rzayevin durumu sabitdi. Hazırda yaxşıya doğru irəliləyir. Reanimasiyadadı. Gün ərzində cəmi bir nəfərin ziyarət etməsinə icazə verilir. Müalicə prosesi burda başa çatdırılacaq. Evə nə vaxt buraxılacağı hələ bilinmir. Hər şey bərpa prosesinin necə irəliləməsindən asılıdı".Turanə xanımdan Veysəlin xəstəxanaya konkret nə vaxt çatdırıldığını da soruşduq. Lakin o bu barədə məlumatının olmadığını bildirdi.Qeyd edək ki, Veysəli bıçaqlayan şəxs saxlanılıb. DİN-in yaydığı məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində futbolçuya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
icma.az

2Mənbələr