AZ

Tanınmış musiqiçinin ailəsində FACİƏ

Ajans.az xəbər verir ki, bu barədə Page Six nəşri məlumat yayıb. Məlumata görə, 37 yaşlı Aleksandr Kiy Mik Caqqerin 33 yaşlı nəvəsi Assisinin həyat yoldaşı olub. O, bir neçə gün əvvəl itkin düşmüşdü. Kiyin cəsədi Kornuoll qraflığının Bude sahillərində suda aşkarlanıb. Polis və sahil mühafizəsi əməkdaşları hadisə yerinə cəlb olunub. Onun huşsuz vəziyyətdə tapıldığı bildirilsə də, ölümün dəqiq səbəbi hələlik açıqlanmayıb.

Qeyd olunur ki, Aleksandr Kiy sonuncu dəfə yanvarın 23-də Boskasl qəsəbəsində yerləşən pabların birində görülüb. Bir neçə gün ərzində onunla əlaqə saxlanılmadıqdan sonra axtarışa verilib.

Seçilən
32
Ajans.az

1Mənbələr