AZ

“Sertifikatlı zal nəzarətçilərinin payı əsasən digər sektorlar hesabına artır” - Adıgözəl Həbibov

İş yerinə görə paylanmaya əsasən, ümumi təhsil müəssisələrindən cəlb edilən nəzarətçilər ümumi nəzarətçi bazasının 82,2 faizini təşkil edir. Bu göstərici 2022-ci illə müqayisədə təxminən 10,8 faiz, 2023-cü illə müqayisədə 6,8 faiz, 2024-cü illə müqayisədə isə 2,5 faiz azalıb.

SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və nəzarətçilərinin mükafatlandırılması tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sertifikatlı nəzarətçilərin iş yerinə görə paylanmasına baxıldıqda, ümumi təhsil müəssisələrindən cəlb edilən sertifikatlı zal nəzarətçilərinin ümumi sertifikatlı nəzarətçilər bazasındakı payı 2022-ci ildə 61,9 faiz, 2023-cü ildə 54,3 faiz, 2024-cü ildə 50 faiz, cari ildə isə 48,1 faiz təşkil edib.

Adıgözəl Həbibov qeyd edib ki, ümumi bazada sertifikatlı zal nəzarətçilərinin payının artması əsasən digər sektorlar hesabına baş verir.

Təhsil səviyyəsinə görə paylanmaya toxunan şöbə müdiri bildirib ki, nəzarətçilər bazasının 88,8 faizi ali təhsillidir. Magistr və yuxarı elmi dərəcəyə malik nəzarətçilərin sayı isə 2022-ci illə müqayisədə 6,8 faiz, 2023-cü illə müqayisədə 4,5 faiz, 2024-cü illə müqayisədə isə 1,9 faiz artıb.

O vurğulayıb ki, bu göstəricilər imtahanların təşkili və idarə olunmasında peşəkarlığın və keyfiyyət standartlarının ildən-ilə yüksəldiyini nümayiş etdirir.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
26
sia.az

1Mənbələr