AZ

Anadolu gəmiqayırma zavodunda yeni nəsil 5-ci freqat suya salınıb

Yanvarın 3-də Türkiyə Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş I sinifli (“İstanbul”) 5-ci freqat olan “Akdeniz” İstanbuldakı Anadolu Gəmiqayırma zavodunda suya salınıb.

Herbiand.az bu barədə gəmiqayırma zavodunun mətbuat xidmətinə istinadən bildirir.

“İstanbul” sinifli freqatların uzunluğu 113,2 metr, eni 14,4 metrdir. Silahlanmaya Türkiyənin Roketsan və Aselsan şirkətləri tərəfindən hazırlanmış 16 HISAR zenit raketi üçün şaquli buraxılış sistemi, 4x4 ATMACA gəmi əleyhinə raket buraxılış qurğusu, 76 mm-lik top, 25 mm-lik artilleriya sistemləri və 324 mm-lik torpedo boruları daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
32
herbiand.az

1Mənbələr