İndoneziyanın Qərbi Java əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 85-ə çatıb, axtarış-xilasetmə işləri davam edir.
BAKU.WS İndoneziya mətbuatına istinadən xəbər verir ki, Qərbi Java əyalətində 24 yanvarda baş verən torpaq sürüşməsindən sonra axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Rəsmi şəxslər bildiriblər ki, fəlakətdə həyatını itirənlərin sayı 85-ə yüksəlib.