AZ

“Özümüzə inanırıq və bütün gücümüzü ortaya qoyacağıq” – “Nyukasl”ın baş məşqçisi

“Nyukasl”ın baş məşqçisi Eddi Hau İngiltərə Liqa kubokunun yarımfinalının cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis cavab görüşündən ümidli olduğunu bildirib:

“Birinci oyunda vurulan ikinci qol bizim üçün böyük bir məyusluq oldu. Amma hələ də inanırıq. İnanırıq ki, komandamızın hər hansı stadionda çıxış edib qol vura biləcək oyunçuları var.

Ümumilikdə, komanda ruh yüksəkliyinə malikdir. Bu, inanılmaz dərəcədə çətin vəzifə olacaq, “Mançester Siti”yə səfər oyunu qədər çətin heç nə yoxdur. Amma biz özümüzə inanırıq və bütün gücümüzü ortaya qoyacağıq”.

Xatırladaq ki, tərəflər arasında ilk oyun “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma bu gün saat 00:00-da keçiriləcək.

 

Seçilən
12
idmanxeber.az

1Mənbələr