AZ

Sertifikatlı nəzarətçilərin imtahanlara cəlb olunma payı 58 faizi ötür

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Regionlarda sertifikatlı nəzarətçilər müxtəlif hazırlıq və təlim mərhələlərindən keçmiş şəxslərdir və onların fəaliyyəti qanunvericilik və texnoloji tələblərə uyğun şəkildə tənzimlənir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.

Onun sözlərinə görə, sertifikatlı nəzarətçilərə ictimai iştirakçılıq prinsipi əsasında imtahan proseslərində daha çox rast gəlinir.

Adıgözəl Həbibov bildirib ki, hazırda ümumilikdə 14 120 nəzarətçinin paylanması həyata keçirilib. Bu nəzarətçilərdən 4 437 nəfəri sertifikat almış şəxslərdir. Paylanmaya əsasən, sertifikatlı nəzarətçilər imtahanlara cəlb edilən ümumi nəzarətçilərin 58,02 faizini təşkil edir.

Şöbə müdiri qeyd edib ki, statistika göstərir: sertifikatlı bir nəzarətçi orta hesabla 1,4 dəfə imtahan prosesində iştirak edir. Sertifikatı olmayan nəzarətçilər isə orta hesabla 2,4 dəfə imtahanlara cəlb olunurlar. Bu göstəricilər imtahan iştirakçılarının daha sistemli və planlı şəkildə prosesə cəlb edilməsinə xidmət edir.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
bakivaxti.az

2Mənbələr