Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda fəaliyyət göstərən “Esthederm Medical” inzibati qaydada cərimə olunub.
Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozub.
Belə ki, aparılan yoxlama zamanı klinikada tanınmış kosmetoloq Samirə Mehrəlinin Dermatologiya tibb xidmətinin kosmetoloji təsnifatı üzrə özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmədiyi halda 2025-ci ilin oktyabr ayınadək praktik tibbi fəaliyyətə buraxılması aşkarlanıb.
Nəticədə məhkəmə qərarına ilə “Esthederm Medical” 6000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, iş materiallarında “HTC Cliniva” Hospitalda fəaliyyət göstərən plastik, estetik, rekonstruktiv cərrah Elnur Mehrəlinin də adı keçir. Belə ki, Nizami rayon prokurorluğunda 2023-cü ildə vətəndaşın şikayəti əsasında araşdırma aparılıb. Məlum olub ki, vətəndaş 2023-cü ilin mart ayının əvvəllərində burnunun xarici görünüşündə olan qüsurlar və çəpər əyriliyi ilə əlaqədar nəfəs almasında çəkdiyi çətinliklər səbəbindən “HTC Cliniva” Hospitalda fəaliyyət göstərən Elnur Mehrəlinin qəbuluna yazılıb və rinoplastika əməliyyatı etdirib.
Şikayətçi Elnur Mehrəlini onun kosmetoloq xanımı Samir Mehrəlinin vasitəsilə tanıdığını bildirib. Həmin vaxt Elnur Mehrəli pasiyetin üzərində rinoplastika, Samir Mehrəli isə bulhom əməliyyatını icra edib.
Əməliyyatdan sonra isə pasiyentin burnunun sağ hissəsində çöküntü əmələ gəlib və burnunun sol dəliyi sağ dəliyinə nisbətən böyük olub, əməliyyatdan sonra isə nəfəs almasında ciddi problemlər yaşayıb.
Pasiyent Elnur Mehrəliyə şikayət etsə də, həkimin buna məhəl qoymadığı iddia olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.