BAKI,TurkicWorld
Azərbaycan və İsrail arasında elmi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin İsrail Dövlətinə səfəri çərçivəsində İsrail Dövlətinin innovasiya, elm və texnologiya naziri Gila Gamliel ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə İsrail Dövlətinin İnnovasiya, Elm və Texnologiya Nazirliyi arasında elmi əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumu ali təhsil müəssisələri və elmi müəssisələr arasında birgə elmi-tədqiqat yönümlü layihələrin icrası, elmi-tədqiqat layihələrinin birgə maliyyələşdirilməsi, doktorantların, alimlərin və müəllim heyətinin mübadiləsi, birgə tədbirlərin təşkili və digər sahələrdə İsrail Dövləti ilə əməkdaşlığın təşkilini nəzərdə tutur.