AZ

Gümrüdə 6 nəfərlik ailəni qətlə yetirən rus əsgər cəzasını harada çəkir?

Gümrüdə Avetisyan ailəsinin qətlində təqsirli bilinərək Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş Valeri Permyakov cəzasını Rusiya həbsxanasında çəkir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan mətbuat konfransında bildirib.

Qalyan qeyd edib ki, "Biz vaxtaşırı rusiyalı həmkarlarımızla onun harada olduğunu yoxlayırıq və cəzasını çəkməyə davam etdiyinə dair təsdiq alırıq".

Xatırladaq ki, Permyakov 2016-cı ildə Şirak vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hökmünün icrası prosesinin bir hissəsi olaraq Rusiya Federasiyasına təhvil verilib.

12 yanvar 2015-ci ildə altı nəfərlik Avetisyan ailəsi Gümrüdə qətlə yetirilib: yaralanan altı aylıq uşaqları bir həftə sonra xəstəxanada ölüb.

Seçilən
32
publika.az

1Mənbələr