AZ

Qardaşı uşaqlarını baltalayan əmi XƏSTƏXANADA ÖLÜB

Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm faktı araşdırılır.

KONKRET.az bildirir ki, Baş Prokurorluqdan saxlanılan şəxsin ölüm faktı təsdiqlənib.

Bildirilib ki, qəsdən adam öldürmə faktı ilə bağlı istintaqı aparılan cinayət işinin daxilində təqsirləndirilən Naǧıyev Əli Hüseynbala oǧlunun ölüm faktı da araşdırılır. Araşdırmanın nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək.

(apa)

***

Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, saxlanılan şəxs ötən gecə səhhətində yaranan problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada vəfat edib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

(apa)

***

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.

KONKRET.az bildirir ki, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.

(qafqazinfo)

Seçilən
48
21
konkret.az

10Mənbələr