Azərbaycan Prezidentinin imzaladığı “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
Aznews.az xəbər verir ki, Bu barədəSuların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.
O, həmçinin, Sərəncamın icrası çərçivəsində Qarabağ suvarma kanalının yenidən qurulmasının podratçı təşkilatlar tərəfindən uğurla icra olunduğunu, icra prosesində yaranan məsələlərin İşçi qrupunun üzvləri ilə birgə operativ şəkildə həll edildiyini diqqətə çatdıraraq, kanalın yenidən qurulması üzrə layihə-smeta sənədlərinin yekunlaşdıraraq, onun tikintisinin həyata keçirilməsinin zəruriliyini bildirib.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış layihə sənədlərinin cari vəziyyəti barədə təqdimat keçirilib. Təqdimatda Qarabağ suvarma kanalının 26 km-lik 1-ci hissəsinin layihə-smeta sənədlərinin yekunlaşmaq üzrə olduğu bildirilərək, Qarabağ, Mil və Muğan düzlərində aqrar-sənaye komplekslərinin inkişaf perspektivləri nəzərə alınmaqla layihənin mümkün variantlarının araşdırılmasının tamamlandığı vurğulanıb.