AZ

“Murad bir həftədi bazada qalır, evə də gəlmir” “Neftçi”nin yerli ulduzunun nənəsi

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Hava şəraiti necə olur-olsun, “Neftçi”nin bütün oyunlarını stadiondan izləyən bir xanım var. Söhbət flaqmanın gənc vingeri Murad Məmmədovun nənəsi Əfiqə Məmmədovadan gedir. “Araz-Naxçıvan”la oyundan sonra Əfiqə xanımla rastlaşdıq, saytımız üçün söhbət etdik.- Bu “Neftçi”də işıq görürsüz? Komanda avrokuboklara gedə biləcək səviyyədədi?- Bu mövsüm çətin deyərəm, amma gələn il, inşalah, olacaq.- “Neftçi” böyük hesabla qələbə qazandı. Bəs oyundan razı qaldız?- Razı qaldım, yaxşı oynadılar. Oyundan-oyuna, yavaş-yavaş inkişaf edirlər.- Yuri Vernidub gələndən sonra Murad daha çox şans qazanır.- Yaxşı olacaq, inanıram. Bazada qalır, əlavə məşqlər edir, çalışır. Başqa işi-gücü yoxdu. Muradınkı ancaq futboldu. Bir həftədi bazada qalır, heç evə də gəlmir. İnşallah, yaxşı olacaq.- Sizcə, bu qədər legioneri olan “Neftçi”də Murad Məmmədov əsas heyətdə oynamağa layiqdi?- Onu siz məndən yaxşı bilərsiz (gülür). Məncə, hə.MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr