Yeni Konstitusiya idarəetmə formasının dəyişməsini nəzərdə tutmur, Ermənistan parlament respublikası olaraq qalacaq.
"Yeni Sabah" arenpress-ə istinadla xəbər verir ki, bunu ədliyyə naziri Srbui Qalyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni konstitusiya üzrə referendum üçün dəqiq vaxt hələ müəyyən edilməyib.
Nazir qeyd edib ki, referendum iyun ayında keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu günün reallıqlarının yeni Konstitusiyanın qəbul edilməsini tələb etdiyini bildirib.
Telegram kanalımız