AZ

“Kanadanın nüvə silahına ehtiyacı yoxdur” - Müdafiə naziri

Kanadanın müdafiə naziri Devid Makqinti Kanada hökumətinin nüvə silahı əldə etməkdə heç bir marağının olmadığını bildirib.

Herbiand.az xəbər verir ki, bu barədə The Globe and Mail qəzeti yazıb.

Müdafiə naziri qeyd edib ki, Kanadanın nüvə silahına sahib olmaq niyyəti qətiyyən yoxdur: “Kanada hökuməti 1960-cı illərin sonlarında qoşulduğu Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni həyata keçirməyə sadiqdir”.

O, xatırladıb ki, hökumət ölkənin silahlı qüvvələrini yenidən qurmaq və silahlandırmaq niyyətindədir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
12
herbiand.az

1Mənbələr